Maliyyə naziri və AMB sədri BVF-nin icraçı direktoru ilə görüşüb - FOTO

Maliyyə naziri və AMB sədri BVF-nin icraçı direktoru ilə görüşüb

© APA | Maliyyə naziri və AMB sədri BVF-nin icraçı direktoru ilə görüşüb

# 05 iyul 2022 10:17 (UTC +04:00)

İyulun 4-də maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva və İsveçrənin maliyyə naziri Ulrix Maurer ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, görüş İsveçrədə BVF və Dünya Bankında Azərbaycanın da üzv olduğu Seçki Qrupunun toplantısı çərçivəsində baş tutub.

Qeyd edək ki, Seçki Qrupunun və Azərbaycanın BVF-yə qəbul olmasının 30 illiklərinin qeyd olunduğu toplantıda dünya iqtisadiyyatının cari vəziyyəti, yüksək inflyasiya meylləri, Rusiya-Ukrayna müharibəsinin qlobal enerji və ərzaq bazarlarında yaratdığı çağırışlar və bu çağırışlara qarşı aparılmalı mümkün fiskal və monetar siyasətlər əsas diqqət mərkəzində olan məsələlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR