Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
  • Clock-gray 17:19
  • calendar-gray 22 Avqust 2019

Avqustun 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaq. 

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

 

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106016758

Emissiya həcmi

20 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

1092  gün

Faiz ödənişləri (olduqda)

25 fevral 2020-cu il, 25 avqust 2020-ci il, 23 fevral 2021-ci il, 24 avqust 2021-ci il, 22 fevral 2022-ci il, 23 avqust 2022-ci il

Faiz gəliri

9 %

Ödəmə tarixi

23.08.2022

Anderrayter

Paşa Kapital İŞ QSC

 

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date