Məhsul qiymətlərində illik dəyişikliklər açıqlanıb®

Məhsul qiymətlərində illik dəyişikliklər açıqlanıb®
# 18 yanvar 2022 10:59 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupu ən yüksək alıcı tələbatı olan məhsulların 2021-ci il üzrə qiymət indeksini açıqlayıb.

"Veysəloğlu Pərakəndə İndeksi"nə görə, məhsulların qiymətində 2020-ci ilin yanvar-dekabr aylarına nisbətən 2021-ci ilin yanvar-dekabr aylarında orta hesabla 6,3%-lik artım müşahidə olunub.

Hesabatda il ərzində Veysəloğlu Pərakəndə İndeksinin alt kateqoriyalarında qiymət dəyişikliyini, məhsul kateqoriyalarının orta illik qiymət dəyişikliyini və ən çox alınan məhsullarda orta aylıq qiymət dəyişikliyini qrafik və cədvəllərdə aydın şəkildə görmək mümkündür.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan distribusiyaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ səmimiyyətlə inanır ki, qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı təkcə ictimai müzakirələr üçün dəbdə olan mövzular deyil, əksinə, ölkənin iqtisadi inkişafı üçün yeganə əlverişli yoldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR