Mərkəzi Bank: Cari əməliyyatlar balansı gələn il də profisitli olacaq

Mərkəzi Bank: Cari əməliyyatlar balansı gələn il də profisitli olacaq
# 30 dekabr 2022 10:56 (UTC +04:00)

2023-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Qeyd edilib ki, ixracın strukturunun diversifikasiyası cari hesabı balanslaşdıran neft qiymətinin rolunun azalmasına səbəb olur. 2023-cü ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaq.

AMB-dən həmçinin bildirilib ki, 2023-cü ildə dövlət büdcə xərclərinin ÜDM-ə nisbətinin 30%-i üstələyəcəyi gözlənilir: "Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsrin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR