Mərkəzi Bank fintex və ödəniş sistemlərinə lisenziya verəcək

Mərkəzi Bank fintex və ödəniş sistemlərinə lisenziya verəcək
# 24 noyabr 2022 17:35 (UTC +04:00)

Mərkəzi Bank fintex və ödəniş sistemlərinə lisenziya verəcək.

"APA-Economics" xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin müdiri Ramil Mahmudov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bazarda fəaliyyət göstərən ödəniş təşkilatları, xidmət provayderləri ilə bağlı tənzimləmə bir sıra qanunvericilik aktları ilə bağlıdır. Amma mərkəzləşmiş bir qanun yoxdur. Ramil Mahmudovun sözlərinə görə, qanun bazar üzrə yeni drayverə çevrilə bilər: "Azərbaycanda ödəniş sistemlərinin lisenziyalaşması, eyni zamanda şirkətlərə imkan verəcək ki, digər ölkə bazarlarında da fəaliyyət göstərsinlər. Məsələn, bu gün istər Avropa, istər digər inkişaf etmiş ölkələrə müraciət edəndə həmin təşkilatlar əvvəlcə hər hansı bir maliyyə lisenziyasının olub olmadığını soruşur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR