Mərkəzi Bank növbəti dəfə faiz qərarını açıqlayacaq

Mərkəzi Bank növbəti dəfə faiz qərarını açıqlayacaq
# 28 iyul 2022 14:30 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, iyulun 29-da Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını və bununla bağlı geniş açıqlama yayacaq.

Qeyd edək ki, sonuncu dəfə AMB iyunun 17-də faiz qərarını açıqlayıb və uçot dərəcəsini dəyişməyərək 7.75% olaraq saxlayıb. Faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR