Mərkəzi Bankın elan etdiyi beş kotirovka sorğusu ləğv edilib

Mərkəzi Bankın elan etdiyi beş kotirovka sorğusu ləğv edilib
# 12 avqust 2022 09:28 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən elan edilmiş beş kotirovka sorğusu ləğv edilib.

"APA-Economics" xəbər verir ki, Satınalmalar komissiyasının 09 avqust 2022-ci il tarixli qərarı ilə AMB-nin avtomatik telefon stansiyasının təkmilləşdirilməsi işlərinin, inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin, lift qurğularına texniki xidmətin, lift qurğuları üçün zəruri ehtiyat hissələrinin və UPS avadanlıqları üçün akkumulyatorların təchizatı və quraşdırılması işlərinin satın alınması ilə bağlı müsabiqələr ləğv edilib.

Buna səbəb isə tender təklifi vermiş iddiaçıların sayının üçdən az olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR