Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək
# 28 may 2022 11:52 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinə üzvlər təyin ediləcək.

APA xəbər verir ki, bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilir.

Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR