Mərkəzi Bankın sədri: Pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər

Mərkəzi Bankın sədri: Pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər
# 16 noyabr 2022 16:36 (UTC +04:00)

“Növbəti ildə illik inflyasiyanın aşağı olacağı gözlənilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, inflyasiya gözləntiləri nisbətən sabitləşib: “Bunu bizim keçirdiyimiz sorğulardan görürük. AMB öz səlahiyyətləri çərçivəsində adekvat hesab etdiyi yerə qədər pul siyasətini sərtləşdirə bilər. İllik inflyasiya göstəricilərinin azalması fonunda pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər. Hazırda məzənnə inflyasiyaya azaldıcı təsir göstərir. Məzənnə sabitliyi isə tədiyyə balansının sabitliyindən asılı olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR