Mikayıl Cabbarov: Pandemiyadan zərər çəkmiş sahibkarlara 292 mln. manat zəmanət verilib

Mikayıl Cabbarov: Pandemiyadan zərər çəkmiş sahibkarlara 292 mln. manat zəmanət verilib
# 27 iyul 2022 12:10 (UTC +04:00)

2020-ci ilin birinci yarısından bu il iyulun 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verilib.

"APA-Economics" xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 mln. manat subsidiya ödənilib",- deyə nazir əlavə edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR