Mikroçip çatışmazlığı ABŞ-a 240 mlrd. dollara başa gəlib

Mikroçip çatışmazlığı ABŞ-a 240 mlrd. dollara başa gəlib
# 29 yanvar 2022 12:32 (UTC +04:00)

Ötən il sənayedə mikroçiplərin çatışmazlığı səbəbindən ABŞ iqtisadiyyatı 240 mlrd. dollar itirib.

"APA-Economics"in "CBS News"a istinadən verdiyi məlumata görə, çiplərin tədarükündə fasilələr ilk növbədə müxtəlif elektron sistemlərin istehsalı üzrə ixtisaslaşmış şirkətlərin gəlirlərinə təsir göstərib.

ABŞ-da mikroçip çatışmazlığı əsasən avtomobil sənayesini ləngidib. Belə ki, ölkənin nəhəng avtomobil istehsalçısı "Ford Motor Company" mikroçip təchizatı çatışmazlığı səbəbindən təxminən 210 mlrd. dollar itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR