Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edilib

Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edilib
# 09 avqust 2022 15:52 (UTC +04:00)

Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edilib.

Bunu "APA-Economics"ə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri (AZPROMO) Yusif Abdullayev deyib.

O bildirib ki, yaxın vaxtlarda layihənin təsdiqi gözlənilir.

"Strategiyada yeni ölkələr, yeni ixrac istiqamətləri öz əksini tapıb. İxracın coğrafiyasının genişləndirilməsi bizim üçün ən önəmli məsələlərdən biridir. Həm kənd təsərrüfatı, həm də sənaye məhsullarının ixracının genişləndirilməsi strategiyada prioritetdir. Xidmət ixracı da strategiyada yer alıb. Hədəflərimiz qeyri-neft ixracını 2026-cı ildə 5 milyard ABŞ dollarına çatdırmaqdır", - AZPROMO rəhbəri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR