Milli reytinq agentliyinin yaradılması araşdırma mərhələsindədir

Milli reytinq agentliyinin yaradılması araşdırma mərhələsindədir
# 28 oktyabr 2022 12:42 (UTC +04:00)

Milli reytinq agentliyinin yaradılması hazırda araşdırma fazasındadır. İqtisadi subyektlərlə müzakirələr gedir.

"APA-Economics" xəbər verir ki, bunu keçirdiyi onlayn mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

"Mərkəzi Bank tərəfindən beynəlxalq maliyyə qurumları ilə birgə bu agentliyin strategiyası nə ola bilər, bu strategiyanın bizim həm kapital bazarına, həm də iqtisadiyyatın inkişafına necə təsir etməsi araşdırılır. Bununla bağlı qərarımızı 2023-cü ilin birinci rübündə açıqlayacağıq", - deyə Mərkəzi Bank sədri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR