MM-in komitə sədri: “Azad olunmuş ərazilərin bərpası üçün ötən il nəzərdə tutulan vəsaitin 99%-i icra olunub” - VİDEO

Tahir Mirkişili

© APA | Tahir Mirkişili

# 17 iyun 2022 11:57 (UTC +04:00)

“2021-ci il hər şeydən əvvəl Azərbaycanın müstəqillik və dövlətçilik tarixinə işğalçı Ermənistan üzərində qazanılan qələbədən sonra bərpa və quruculuq ili kimi düşüb”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat bildirib ki, hesabat ilində “Azerlight” markalı neftin 1 barrel qiyməti nəzərdə tutulandan 79% çox olub: “2021-ci ilin Dövlət Büdcəsi proqnozdan 969 milyon manat artıq, xərcləri isə 1 milyard 120 milyon manat qənaətlə yerinə yetirilib, ÜDM 5,6% artıb. Azad olunmuş ərazilərin bərpası üçün nəzərdə tutulan vəsaitin 99%-nin icrası təmin edilib. Büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha dəqiq icrası üçün yeni büdcə qanunvericiliyinin hazırlanmasına ehtiyac var. Büdcə gəlirlərinin potensiala daha yaxın qiymətləndirilməsi üçün yeni yanaşmalara ehtiyac yaranıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR