"Moody's" Azərbaycanın 5 bankının reytinqini təsdiqləyib

"Moody
# 09 avqust 2022 16:31 (UTC +04:00)

"Moody's" beynəlxalq reytinq agentliyi bu gün dörd Azərbaycan bankının- Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank , Xalq Bank və "Bank of Baku"nun BCA və depozit reytinqini yüksəldib.

"APA-Economics" "Moody's"ə istinadən xəbər verir ki, bu bankların uzunmüddətli depozit reytinqləri üzrə proqnoz müsbətdən sabitə dəyişdirilib. Eyni zamanda, reytinq agentliyi "Bank Respublika"nın BCA və depozit reytinqlərini müsbət proqnozla təsdiqləyib.

Agentlik ABB-nin əsas kredit qiymətləndirilməsini (BCA) b2-dən b1-ə,“Kapital Bank”ın b1-dən ba3-ə, “Xalq Bank” və “Bank of Baku”nun b3-dən b2-yə yüksəldilib. “Bank Respublika”nın əsas kredit qiymətləndirilməsini b3 səviyyəsində təsdiq edilib.
ABB-nin uzunmüddətli depozit reytinqlərini B1-dən Ba3-ə,”Kapital Bank”ın Ba3-dən Ba2-yə, “Xalq Bank”ın B2-dən B1-ə, “Bank of Baku”nun B3-dən B2-yə kimi artırılıb, “Bank Respublika”nın depozit reytinqlərini isə B3 səviyyəsində təsdiqlənib.
"Moody's" hesab edir ki, Azərbaycan bankları üçün əməliyyat mühiti qarşıdakı 12-18 ay ərzində yaxşılaşacaq. Bankların reytinqinin yaxşılaşdırılması da bunu özündə əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR