"Moody's Investors Service" ("Moody's") beynəlxalq reytinq şirkəti Rusiyanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Baa3" səviyyəsində təsdiqləyib.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "Moody's" ölkənin sözügedən reytinqlər üzrə proqnozunu "stabil" saxlayıb. Sözügedən reytinqlərin "Baa3" səviyyəsində təsdiqi Rusiya iqtisadiyyatının COVID-19 pandemiyası və neft qiymətləri şokuna nisbi dayanıqlığını, aşağı dövlət borcu və güclü fiskal buferlərin mövcudluğunu əks etdirir.
"Moody's" qeyd edir ki, buna baxmayaraq ölkənin iqtisadi böyümə potensialı zəif olaraq qalır və dövlətin iqtisadiyyatda dominant rolu ümumi göstəriciləri mənfi təsir göstərir. Bundan əlavə, Rusiyanın siyasi hadisələrə qarşı həssaslığı və xüsusilə yeni sanksiyaların davamlı riski ölkənin reytinqinin zəif tərəfləridir.
"Moody's" Rusiyanın reytinqini təsdiqləyib

Maliyyə

“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib

Gələn həftə Bakıda “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisi keçiriləcək

Fitch: Bu il Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 mlrd. dolları ötəcək - EKSKLÜZİV
