“Moody's" "Yapı Kredi Bankası"nın istiqrazları üzrə reytinqini endirib

“Moody
# 17 avqust 2022 10:20 (UTC +04:00)

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanda törəmə bankı olan "Yapı Kredi Bankası"nın təminatlı istiqrazlarının reytinqini aşağı salıb.

APA-Economics” agentliyə istinadən xəbər verir ki, “Moody's" "Yapı Kredi Bankası" tərəfindən buraxılan təminatlı istiqrazların reytinqini Ba3-dən B1-ə endirib. Agentlik bununla yanaşı, "Akbank TAS" və "Turkiye Garanti Bankasi"nın da ipoteka təminatlı istiqrazlarının reytinqini Ba3-dən B1-ə düşürüb.

Qeyd edək ki, “Moody's"in bundan əvvəl avqustun 12-də Türkiyənin dövlət istiqrazlarının reytinqini B2-dən B3-ə və yerli valyuta istiqrazlarının yuxarı həddini Ba3-dən B1-ə endirmişdi. Bu qərar da sözügedən bankların istiqrazlarının reytinin aşağı salınmasına təsir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR