“Muğan Bank"ın xalis mənfəəti 9%-ə yaxın azalıb

“Muğan Bank"ın xalis mənfəəti 9%-ə yaxın azalıb
# 26 iyul 2022 10:25 (UTC +04:00)

“Muğan Bank" bu ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” xəbər verir ki, 2022-ci ilin ilk yarısında Bankın faiz gəlirləri 18,611 min manat (2021-ci ilin eyni dövrünə nisbətən 38,5% çox), faiz xərcləri 16,466 min manat (29,1% çox), xalis faiz gəlirləri isə 2,145 min manat (5,8 dəfə çox) təşkil edib.

Hesabat dövründə “Muğan Bank"ın qeyri-faiz gəlirləri 21,628 min manat (40,3% çox), qeyri-faiz xərcləri 15,705 min manata (5,4% çox) bərabər olub. Bank mümkün zərərlər üzrə ehtiyat ayırmalarını 35,6 dəfə artıraraq 7,561 min manata çatdırıb, bu dövrdə mənfəət vergisi ödəməsi isə olmayıb.

Nəticədə, bank 2022-ci ilin ilk yarısını 506 min manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 8,8% azdır. Belə ki, “Muğan Bank" 2021-ci ilin yanvar-iyun ayları üzrə 555 min manat xalis mənfəət açıqlamışdı.

Bu ilin birinci yarısında bank nisbətən kiçilib. Belə ki, bu ilin iyulun 1-nə bankın cəmi aktivləri 1,5% azalaraq 697,666 min manata düşüb. Bankın müştərilərə verilmiş kreditləri isə 6,7% artaraq 428,596 min manata çatıb.

Bankın cəmi öhdəlikləri 1,9% azalaraq 604,254 min manata, o cümlədən hüquqi şəxslərin bankda yerləşdirdiyi əmanətlərin həcmi 2,1 dəfə azalaraq 54,775 min manata düşüb. Bu dövrdə bankın cəmi kapitalı 2,2% artaraq 93,412 min manata yüksəlib, bölüşdürülməmiş zərəri isə 2% azalaraq 23,567 min manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR