“Muğanbank” ASC bu il 40-a yaxın işçisini ixtisar edib.
“APA-Economics”in əldə etdiyi məlumata görə, “Muğanbank” 2023-cü ilin əvvəlindən iyul ayının 1-nə kimi 39 işçisini ixtisar edib. Belə ki, 2022-ci ilin sonunda bankda çalışan işçilərin sayı 605 nəfər olduğu halda, 2023-cü ilin ilk rübündə 579 nəfər, ilin birinci yarısında isə 566 nəfər təşkil edib. Başqa sözlə, bank son altı ayda işçilərini 6,5% azaldıb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 162,5 milyon manatdır.