“MuğanBank”ın səhmdarları dəyişib

“MuğanBank”ın səhmdarları dəyişib
# 08 iyun 2023 12:47 (UTC +04:00)

“MuğanBank” ASC-nin səhmdarları dəyişib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, dəyişikliyə əsasən Elmar Mehdiyevin payı 67.7442 %-dən 0.7818%-ə, Vəfa Vəliyevanın payı 10.6487%-dən 8.3254%-ə, Fəridə Mehdiyevanın payı 21.6070%-dən 10.8928%-ə enib. Əvəzində Samir Vəliyev və Munir Vəliyev ayrı-ayrılıqda bankdan 40% pay əldə edib.

Qeyd edək ki, Munir Vəliyev həmçinin, bu ilin aprel ayında “Muğan Bank”ın Müşahidə Şurasının yeni sədri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR