Muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 831,3 manat olub

Muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 831,3 manat olub
# 14 sentyabr 2022 12:00 (UTC +04:00)

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artaraq 831,3 manat təşkil edib.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Əməkhaqqı neft-qaz sektorunda 3504,1 manat, qeyri neft-qaz sektorunda 780,2 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 782,9 manat, özəl müəssisələrdə isə 886,4 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR