"Naxçıvan Bank"dan 25 mln. manat depozit geri çəkilib - Hesabat

"Naxçıvan Bank"dan 25 mln. manat depozit geri çəkilib - Hesabat
# 25 yanvar 2023 15:26 (UTC +04:00)

“Naxçıvan Bank" 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” xəbər verir ki, 2022-ci ildə Bankın faiz gəlirləri 20,830 min manat (2021-ci ilin eyni dövrünə nisbətən 50,4% çox), faiz xərcləri 975,4 min manat (19,3% çox), xalis faiz gəlirləri isə 19,771 min manat (60,2% çox) təşkil edib.

Hesabat dövründə “Naxçıvan Bank"ın qeyri-faiz gəlirləri 6,270 min manat (28,2% çox), qeyri-faiz xərcləri 8,915 min manat (53,6% çox), əməliyyat mənfəəti isə 17,126 min manat (50% çox) olub. Bu dövrdə mənfəət vergisi ödəməsi 3,438 min manat (2 dəfə çox) olub.

Nəticədə, bank 2022-ci ili 13,053 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2021-ci ilə nisbətən 2,1 dəfə çoxdur. Belə ki, “Naxçıvan Bank" 2021-ci ildə 6,300 min manat xalis mənfəət açıqlamışdı.

Bank böyüməkdə davam edib. Belə ki, bu ilin yanvar 1-nə bankın cəmi aktivləri 0,9% artaraq 346,462 min manata, o cümlədən müştərilərə verilmiş kreditləri isə 23,7% artaraq 167,033 min manata çatıb.

Bankın cəmi öhdəlikləri 4,5% azalaraq 234,274 min manata, o cümlədən depozit portfeli 13,8% və ya 24,9 milyon manat azalaraq 155,416 min manata enib. Bankda fiziki şəxslərin əmanətləri 55,2% və ya 12,7 milyon manat azalaraq 10,370 min manata, şirkətlərin bankdakı depozitləri isə 7,6% və ya 12,3 milyon manat azalaraq 145,046 min manata düşüb. Bu dövrdə bankın cəmi kapitalı 15,5% artaraq 112,187 min manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR