"Naxçıvan Bank"ın Bakıdakı şöbəsi fəaliyyətini dayandırıb

"Naxçıvan Bank"ın Bakıdakı şöbəsi fəaliyyətini dayandırıb
# 05 noyabr 2022 12:31 (UTC +04:00)

"Naxçıvan Bank" ASC-nin "Bakı" şöbəsi fəaliyyətini dayandırıb.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Məlumata görə, noyabrın 1-dən etibarən bank şöbəsinin fəaliyyəti müvəqqəti olaraq qeyri-müəyyən müddətədək dayandırılıb. Qeyd edilib ki, "Bakı" şöbəsinin bağlanması bank rəhbərliyinin qərarı ilə bağlı olub.

Bununla belə əlavə edilib ki, "Naxçıvanbank"ın "Bakı" filialı fəaliyyətini davam etdirir və həmin bank şöbəsinin müştəriləri xidmətlər üçün filiala müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR