Naxçıvan Dövlət Statistika Komitəsi muxtar respublika üzrə əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.
"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-noyabr aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 961,67 mln. manatdan çox vəsait yönəldilib. Bu göstərici 2020-ci ilin müvafiq göstəricidən 1,3% çoxdur.
Əsas kapitala yönəldilən vəsaitin 914,68 mln. manatı və ya 95,1%-i tikinti-quraşdırma işlərinin payına düşüb.