Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri 606,1 milyon manata çatacaq

Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri 606,1 milyon manata çatacaq
# 18 iyun 2022 12:15 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 28,5 milyon manat və ya 4,9 faiz, dövlət büdcəsindən ayrılan dotasiya isə 26,0 milyon manat və ya 6,0 faiz artırılır.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Artımdan sonra Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 606,1 milyon manat təşkil edəcək. Artırılmış xərclərin əsasən əmək haqlarının və sosial müavinətlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR