Naxçıvan Muxtar Respublikasının ÜDM-in həcmi 2% artıb

Naxçıvan Muxtar Respublikasının ÜDM-in həcmi 2% artıb
# 21 aprel 2022 10:28 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 570,38 mln. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hər bir nəfərə düşən ÜDM-in həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 1231,4 manat olub.
Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə dəyəri 263 789,2 min. manat məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətdə (müqayisəli qiymətlər üzrə) 1,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR