Naxçıvan NK: Sığorta Xidməti ləğv edilsə də, öhdəliklərini icra edəcək - EKSKLÜZİV

Naxçıvan NK: Sığorta Xidməti ləğv edilsə də, öhdəliklərini icra edəcək  - EKSKLÜZİV
# 12 may 2023 11:47 (UTC +04:00)

“Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” (DSX) ləğv edilsə də, sığortalılar qarşısında öhdəliklərini icra edəcək.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetindən bildirilib. Qeyd edilib ki, bu il mayın 3-də DSX Naxçıvan MR Ali Məclisinin müvafiq Sərəncamı ilə ləğv edilib. Xidmətin ləğv edilməsi ilə əlaqədar olaraq NMR İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək. Həmçinin, Xidmətin sığortalılar qarşısında üzərinə götürdüyü öhdəliklər, bağlanmış müqavilələrdə tərəflərin öhdəlikləri qanunvericiliyə uyğun olaraq təmin ediləcək.

"Qüvvədə olan hər hansı bağlanmış müqaviləyə xitam verilməsi nəzərdə tutulmur. Xidmət fəaliyyətini dayandırsa da mövcud qanunvericilik çərçivəsində öhdəliklərin başa çatdırılması təmin ediləcək"- deyə NMR Nazirlər Kabinetindən əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR