“Naxçıvan Sığorta”nın Direktorlar Şurasına yeni sədr təyin edilib

“Naxçıvan Sığorta”nın Direktorlar Şurasına yeni sədr təyin edilib
# 28 mart 2023 09:50 (UTC +04:00)

“Naxçıvan Sığorta” şirkətinin Direktorlar Şurasına yeni sədr seçilib.

"APA-Economics" bu barədə sığorta şirkətinə istinadən xəbər verib. Məlumata görə, “Naxçıvan Sığorta” şirkətinin Direktorlar Şurasına yeni sədri Anar Cəlilov təyin edilib. O, bu vəzifədə Əsədulla İsgəndərovu əvəzləyib.

Həmçinin, sığorta şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tural Ələkbərov sədr seçilib.

Qeyd edək ki, Azərbaycanın yeganə regional sığorta şirkəti "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb və onun səhlərinin 100 %-i "Naxçıvan Bank" ASC-yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR