“Naxçıvan Sığorta”nın Direktorlar Şurasının sədri vəzifəsindən ayrılıb

“Naxçıvan Sığorta”nın Direktorlar Şurasının sədri vəzifəsindən ayrılıb
# 27 mart 2023 17:02 (UTC +04:00)

“Naxçıvan Sığorta” şirkətinin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsindən ayrılıb.

Bu barədə "APA-Economics" sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, hələlik “Naxçıvan Sığorta”nın Direktorlar Şurasına yeni sədr seçilməyib. Əsədulla İsgəndərov həmçinin "Naxçıvan Bank"ın Müşahidə Şurasının sədri olub, bu ilin yanvar ayından isə MŞ-nın üzvü kimi fəaliyyət göstərir.

Hazırda sığorta şirkətinin Direktorlar Şurası iki üzv - İsa İsayev və Elşad Abdullayevlə təmsil olunur.

Qeyd edək ki, Azərbaycanın yeganə regional sığorta şirkəti olan "Naxçıvan Sığorta" 2014-cü ildə təsis edilib. Sığorta şirkətinin səhmlərinin 100%-i "Naxçıvan Bank" ASC-yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR