Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi artıb

Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi artıb
# 23 iyun 2022 17:48 (UTC +04:00)

Naxçıvan Dövlət Statistika Komitəsi muxtar respublika üzrə əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-may aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 411,24 mln. manat vəsait yönəldilib.

Bu göstərici 2021-ci ilin müvafiq göstəricisindən 1,2% çoxdur.

Əsas kapitala yönəldilən vəsaitin 396,23 mln. manatı və ya 96,3%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR