Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 1,6% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 1,6% artıb
# 23 iyun 2022 17:53 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin eyni dövrünə nisbətən 3,5% artaraq 24,76 mln. manat olub.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 72,5%-i mobil rabitənin payına düşüb.

Cari ilin ilk beş ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 1,6% üstələyərək 17,95 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR