2023-cü ilin yanvar-fevral aylarında Muxtar Respublikada nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfədən çox artıb.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin 2 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 10,6 milyon manatı POS-terminalların, 58,1 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.