Naxçıvanda ÜDM-in həcmi 1,7% artıb

Naxçıvanda ÜDM-in həcmi 1,7% artıb
# 23 may 2022 09:09 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 776,70 mln. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hər bir nəfərə düşən ÜDM-in həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 1676,8 manat olub.

Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-aprel aylarında dəyəri 354,2 mln. manat məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətdə 1,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR