Nazir: AZAL-ın hesabında subsidiyanın qalıq kimi qalmasını qəbahət kimi görmürük

Nazir: AZAL-ın hesabında  subsidiyanın qalıq kimi qalmasını qəbahət kimi görmürük
# 06 iyun 2023 13:00 (UTC +04:00)

Azərbaycan Hava Yollarına (AZA) verilən subsidiyanın onun hesabında saxlanılması məsələsi qaldırılmışdı.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, subsidiya bir neçə halda verilir: “Subsidiyalar ayrılan şirkətlər tərəfindən mütləq şəkildə istifadə olunmalıdır. AZAL-ın hesabında bu subsidiyanın qalıq kimi qalmasını qəbahət kimi görmürük. Bizdə olan məlumata görə, AZAL-ın hesabında 8,3 milyon manat qalıq il sonunda qalmışdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR