Nazir Büdcə Məcəlləsinin təqdim edilməsinin gecikməsinin səbəbini açıqlayıb

Nazir Büdcə Məcəlləsinin təqdim edilməsinin gecikməsinin səbəbini açıqlayıb
# 25 may 2022 13:50 (UTC +04:00)

“Büdcə Məcəlləsi ilə bağlı iş gedir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, artıq müəyyən layihələr var: “Hesablama Palatasına da biz müraciət etmişik ki, təkliflərini versinlər. Bizim marağımızdadır ki, təkmil bir sənəd ərsəyə gəlsin. İlkin olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəylərini alacağıq. Bu sənədin hazırlanmasında ehtiyatlı tələsirəm. Çünki sənədi hazırlayıb, sonra onu dəyişmək lazım deyil. Təkmil sənəd ortaya çıxmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR