Nazir: Əmək bazarında "ağarma prosesləri" gedir, əhalinin gəlirləri iniflyasiyanı üstələyib

Mikayıl Cabbarov, iqtisadiyyat naziri

© APA | Mikayıl Cabbarov, iqtisadiyyat naziri

# 16 noyabr 2022 12:40 (UTC +04:00)

“Dünya iqtisadiyyatında gərginlik və risklər daha da artmaqdadır. Buna səbəb Rusiya-Ukrayna savaşının daha da şiddətlənməsidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, gərgin geosiyasi şərait və torpaqlarımızın azad olunması ilə Azərbaycan iqtisadiyyatının gələcəyi üçün aparılan bərpa və quruculuq işləri büdcə siyasətinə öz təsirlərini göstərir:

“Cari ilin 10 ayında profisit 23 milyard ABŞ dollarına çatıb. Profisitin böyüməsinə əsas səbəb neft və qaz ixracıolub. Əmək bazarında da "ağarma prosesləri" gedir və bununla ölkəmizdə iqtisadi artım dəstəklənir”.

Nazir bildirib ki, inflyasiya artıb: “Buna beynəlxalq ərzaq bazarında olan artımlar təsir edir. Dünya ərzaq qiymətləri indeksi cari ilin oktyabr ayında 0,1 % azalıb. İdxal olunan inflyasiya bizdə də artıb. Cari ilin 10 ayında əhalinin real gəlirləri iniflyasiyanı üstələyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR