Nazir müavini: Bu il ÜDM 5,1% artıb

Nazir müavini: Bu il ÜDM 5,1% artıb
# 07 dekabr 2022 10:46 (UTC +04:00)

Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam etməkdədir.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib.

"Bu il ÜDM 5,1%, qeyri-neft məhsulları üzrə ÜDM 9,2% artıb. Bu il ərzində əsas kapitala qoyulan vəsait 16,8 milyard təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artım deməkdir. Qeyri-neft-qaz ixracı ölkəmizdə 16,2% artaraq, 2,4 milyard dollara çatıb", - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR