Nazir: Növbəti il Vergi Məcəlləsinə ediləcək dəyişikliklər sahibkarlığın inkişafına təkan verəcək

Samir Şərifov

© APA | Samir Şərifov

# 03 noyabr 2022 11:37 (UTC +04:00)

“Növbəti il Vergi Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək ki, onlar sahibkarlığın inkişafına birbaşa təkan verəcək”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, azad edilmiş ərazilər üzrə vergi və sosial sığorta təşviqləri tətbiq ediləcək: “İşğaldan azad edilən ərazilərdə iqtisadi canlanmanın artması, sahibkarlıq gücünün yaxşılaşdırılması, investisiyaların cəlb edilməsinə şərait yaradılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR