Nazir: Prioritetimiz Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayıdış"dır, sonra digər ehtiyaclar üçün vəsaitlər ayrılır

Nazir: Prioritetimiz Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayıdış"dır, sonra digər ehtiyaclar üçün vəsaitlər ayrılır
# 06 iyun 2023 13:19 (UTC +04:00)

“Balansın saxlanılması vacibdir, amma bizim prioritetlərimiz var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, maliyyə ehtiyatlarının qorunub saxlanması da Azərbaycan üçün prioritetdir: “Bizim prioritetlərimiz Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ı təmin etmək, müdafiə qabiliyyətimizi gücləndirməkdir. Ondan sonra digər zəruri ehtiyacların təmin edilməsi üçün maliyyə imkanları çərçivəsində maliyyə vəsaiti ayrılır. Dövlətin təhlükəsizliyinin və iqtisadi təhlükəsizliyin təşkili üçün maliyyə ehtiyatlarımız qorunub saxlanılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR