Nazir: "Rusiya və Ukrayna arasında hərbi münaqişə qiymətlərin artımına səbəb oldu"

Samir Şərifov

© APA | Samir Şərifov

# 23 iyun 2022 12:38 (UTC +04:00)

Qlobal miqyasda ilk növbədə enerji daşıyıcılarının qiymətinin artması gübrəni bahalaşdırdı ki, bu da öz növbəsində ərzaq məhsullarının, taxılın qiymətlərinin artmasına gətirib çıxardı.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, digər tərəfdən Rusiya və Ukrayna arasında hərbi münaqişə, nəqliyyat-logistika problemlərini daha da gərginləşdirdi ki, bu da nəticədə qiymətlərin artımına səbəb oldu.

"Bununla yanaşı, xarici faktorlar hesabına dünya miqyasında formalaşan qiymət artımları Azərbaycana da sirayət edib. Çünki bir çox məhsullar ölkəyə idxal olunur və sözsüz ki, bunun mənfi təsirlərini də biz hazırda yaşayırıq", - Samir Şərifov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR