Nazir: "Sənaye zonalarına daha 370 mln. manat investisiya yatırılacaq"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 27 yanvar 2022 14:23 (UTC +04:00)

Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 mlrd. manat, o cümlədən, 2021-ci il üzrə 247,7 mln. manat investisiya yatırılıb, 9 700-dən çox iş yeri yaradılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, mövcud layihələr üzrə əlavə olaraq 370 mln. manatdan çox investisiyanın yatırılması və 2 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR