Nazir: "Vençur kapital fondunun yaradılması bütün problemləri həll etmir"

Nazir: "Vençur kapital fondunun yaradılması bütün problemləri həll etmir"
# 29 noyabr 2022 10:29 (UTC +04:00)

Vençur kapital fondunun yaradılması bütün problemləri həll etmir.

"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, bu sahədə problemlər kifayət qədər böyükdür.

"Bunlar infrastrukturun istənilən səviyyədə olmaması, qanunvericiliyin adekvat olmaması, ən başlıcası bizim insan resurslarımızın kifayət qədər rəqabətli olmaması, yerli bazara sahibkarların inamının olmaması və son nəticədə startap mədəniyyətinin olmaması kimi problemlərdir. Amma bunların hər biri istiqamətində nazirlik və özəl sektorun hər birinin planları var. İnsan resurslarının hazırlanması ilə bağlı bu il biz tərəfdaşlarımız ilə birgə bazara 650 mütəxəssisin hazırlanması istiqamətində vəsait ayırmışıq", - deyə nazir vurğulayıb.

Nazir onu da əlavə edib ki, ilin sonuna kimi İKT sahəsində startap üçün, bu sahədə çalışan şirkətlər üçün mühüm addım atılacaq.

"Gəlir vergisi, divident verigisi ilə münasibətdə vacib sənədlər toplusu hazırlanıb. Bu da qəbul olunmaqla ekositemə öz töhfəsini verəcək", - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR