Nazir: "Vergi inzibatçılığının təkmilləşdirilməsi davam edir"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 25 yanvar 2022 11:07 (UTC +04:00)

2021-ci ildə səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, bir səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabınsa yazıb.

Nazir qeyd edib ki, qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90%-ə yaxınlaşıb.

"Vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir", - M . Cabbarov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR