Nazirlər Kabineti 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini Prezident Administrasiyasına göndərib

Nazirlər Kabineti 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini Prezident Administrasiyasına göndərib
  • Clock-gray 19:13
  • calendar-gray 23 Sentyabr 2019

Nazirlər Kabineti 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini Prezident Administrasiyasına göndərib.

APA-nın xəbərinə görə, bu gün Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunub.
 

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date