İqtisadiyyat Nazirliyinə aid “Tikinti-Təchizat Birliyi" MMC rəqəmsal xəritə əsaslı platformanın yaradılması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.
"APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "4Maps Bilgi Teknolojileri" MMC seçilib.
“Tikinti-Təchizat Birliyi" qalib şirkətlə 3,7 milyon manat həcmində müqavilə imzalayıb.