Nazirliyin tabeliyindəki Mərkəz 13 milyon manatlıq 2 tenderin qalibini açıqlayıb

Nazirliyin tabeliyindəki Mərkəz 13 milyon manatlıq 2 tenderin qalibini açıqlayıb
# 08 sentyabr 2022 09:35 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi 13,24 milyon manatlıq 2 tenderin nəticəsini açıqlayıb.

"APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, protez-ortez məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilərin, xammal - materialların və bir sıra hazır reabilitasiya vasitələrinin alınması ilə bağlı tenderlərin qalibi “Metiz Impeks” MMC və “Ottobock SE & Co,KGaA” şirkətləri seçilib.

“Metiz Impeks” MMC ilə 9,55 milyon manat və “Ottobock SE & Co,KGaA” 3,69 milyon manat dəyərində müqavilə imzalanıb. Ümumilikdə isə 13,24 milyon manat ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR