Neft Fondu investisiya portfelinin valyuta səbətinin strukturunu açıqlayıb

Neft Fondu investisiya portfelinin valyuta səbətinin strukturunu açıqlayıb
# 18 yanvar 2022 18:29 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 dekabr 2021-ci tarixinə investisiya portfelinin 69%-ni ABŞ dolları təşkil edib ki, bu da 30 sentyabr 2021-ci il tarixinə olan göstərici ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.

"APA-Economics"in Neft Fondunun 2021-ci ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci il 31 dekabr tarixinə avro ARDNF-nin investisiya portfelinin 19,5%-ni, funt sterlinq – 5,1%-ni, Avstraliya dolları – 0,6%-ni, Türkiyə lirəsi – 0,4%-ni, Rusiya rublu – 0,6%-ni, Çin yuanı – 1,3%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 2,1%-ni təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 5 892,7 mln. dollarlıq hissəsini (13,1%) qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, hesabat dövrünə ARDNF-nin cəmi investisiya portfeli 45 024,60 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR