Neft Fondu investisiya portfelinin valyuta səbətinin strukturunu açıqlayıb

Neft Fondu investisiya portfelinin valyuta səbətinin strukturunu açıqlayıb
# 19 aprel 2022 09:45 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 mart 2022-ci tarixinə investisiya portfelinin 70%-ni ABŞ dolları təşkil edib ki, bu da 31 dekabr 2021-ci il tarixinə olan göstərici ilə müqayisədə 1 faiz bəndi çoxdur.

"APA-Economics"in Neft Fondunun 2022-ci ilin I rübünün yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci il 31 mart tarixinə avro ARDNF-nin investisiya portfelinin 19,5%-ni, funt sterlinq – 4,8%-ni, Avstraliya dolları – 0,6%-ni, Türkiyə lirəsi – 0,4%-ni, Rusiya rublu – 0,3%-ni, Çin yuanı – 1,3%-ni, Yaponiya yeni – 1,1%-ni, digər valyutalar isə 2%-ni təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 6 287,4 mln. dollarlıq hissəsini (13,9%) qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, hesabat dövrünə ARDNF-nin cəmi investisiya portfeli 45 263,33 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR