Neft Fondu yüksək reytinqli investisiya alətlərinə üstünlik verir

Neft Fondu yüksək reytinqli investisiya alətlərinə üstünlik verir
# 19 yanvar 2023 10:08 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 31.12.2022 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"APA-Economics"in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 73,7% təşkil edib.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 14,8%-i "AA" reytinqli, 8%-i "A" reytinqli, 2,8%-i "BBB" reytinqli, 0,6%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 22,5%-i 0-1 il, 32,1%-i 1-3 il, 17,3%-i 3-5 il, 28,1%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Qeyd edək ki, 31.12.2022 tarixinə ARDNF-nin investisiya portfeli 49 032,71 mln. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR