Neft Fondunun aktivləri artıb

Neft Fondunun aktivləri artıb
# 18 yanvar 2023 19:03 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il dekabrın 31-nə aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 8.9% artaraq 49 033,6 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il ərzində büdcə gəlirləri 9586,0 mln. dollar, büdcə xərcləri isə 4699,0 mln. dollar təşkil edib.

ARDNF-dan “APA-Economics”ə verilən məlumata görə, 2022-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20480,4 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19698,9 mln. manat, bonus ödənişləri 768,7 milyon manat, akrhesabı ödənişləri 5,6 mln. manat, tranzit gəlirləri 7,2 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 878,5 mln. dollar təşkil edib.

Ötən il ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 7923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 22,2 mln. manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 15,2 milyon manat yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR